İsrafilovun komandası uduzdu

10:27 5 Mart 2018

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 29-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Kordoba” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb.

 

“Alkorkon" geridə qalan turlarda 34 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.


Xəbər xətti