Arif Əsədova “əməkdar məşqçi” adı verildi

16:51 5 Mart 2018

Bu gün Milli Olimpiya Komitəsində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, mükafatlandırılanlar arasında "Sabah" futbol klubunun baş məşqçisi, yeniyetmələr arasında Avropa çempionu Arif Əsədov da olub. Əsədova əməkdar məşqçi fəxri adı verilib.

 

Daha bir futbol mütəxəssisi Məqsəd Yaqubəliyev də əməkdar məşqçi kimi mükafatlandırılıb.


Xəbər xətti