Ukrayna yığması Bakıda ən güclü oldu

17:13 5 Mart 2018

Bakıda keçirilən futtennis üzrə beynəlxalq turnirə yekun vurulub. 
 
Sportarena.az xəbər verir ki, Azərbaycan Futnet Federasiyası(AFNF) tərəfindən təşkil olunan və bir gün davam edən yarışda 6 yığma komanda - Azərbaycan 1, Somali, Rusiya, İran, Azərbaycan 2 və Ukrayna iştirak edib. "Marafon" İdman Klubunda dairəvi sistemlə baş tutan beynəlxalq turnirdə inamlı təsir bağışlayan Azərbaycan 1 yığma komandası ilk görüşdə İrana 2-1 hesabı ilə qalib gəlib. Gözəl çıxışı ilə hər kəsin diqqətini cəlb edən Ukrayna isə ilk matçda Somaliyə heç bir şans verməyib 2-0. İlk turda Azərbaycan 2 yığması da qələbə qazanıb. İdmançılarımız Rusiyadan üstün olub 2-0.
 
Bakı Beynəlxalq futtennis turnirinin qalibi adı uğrunda iki komanda - Azərbaycan 1 və Ukrayna üz-üzə gəlib. Finala qədər bütün oyunlarda qalib gələn Rəvan Abdullayev, Amid Nəzərov və Fəyar Hüseynovdan ibarət Azərbaycan 1 yığmasının triosu ukraynalılarla mübarizədən məğlub ayrılıb 0-2.
 
Beləliklə, yarışın favoriti hesab edilən Ukrayna yığması bu statusunu doğruldaraq Bakıdakı ilk futtennis üzrə beynəlxalq turnirin qızıl medallarını qazanıb. Qaliblərə Azərbaycan Futnet Federasiyası tərəfindən kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib. Futtennisçilərin mübarizəsində 2-ci və 3-cü olan, Azərbaycan 1 və İran yığmasının üzvlərinə də müfakatlar verilib. 


Digər xəbərlər

Xəbər xətti