Qvardiola: "Daha 4 qələbəyə ehtiyacımız var"

17:52 5 Mart 2018

İngiltərə Premyer Liqasının 29-cu turunda evdə “Çelsi”ni məğlub edən (1:0) “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı müəxəssis çempionluğa az qaldığını deyib:

 

“Çempion komanda ilə qarşılaşdıq. Rəqibə yaxşı təzyiq etdik. Sürətli hücumlara üstünlük verməliydik ki, bunu yaxşı bacardıq. Çempionluğa az qalıb, lakin hələ heç nə bitməyib. İndi sakit olmalıyıq. “Çelsi” üzərində qələbə ilə çempionluğa bir addım da yaxınlaşdıq. . Bu matçdakı kimi oynasaq, çempion olacağıq”.

 

Xatırladaq ki, 29 turdan sonra hesabında 78 xal olan “Mançester Siti” ən yaxın izləyicisi “Liverpul”u 18 xal qabaqlayır.


Digər xəbərlər

Xəbər xətti