"Traktorsazi" ÇL-də ilk xalını qazandı

10:40 6 Mart 2018

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar - 0:0.

 

Xatırladaq ki, “Traktorsazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə 0:1, ikinci turda isə səfərdə Qətərin “Əl-Qarafa” klubuna uduzmuşdu - 0:3.

 

A qrupunda yer alan “Traktorsazi” hazırda 1 xalla sonuncudu. Təbriz təmsilçisi növbəti matçını martın 13-də yenə “Əl-Cəzirə”yə qarşı keçirəcək. Həmin oyun Cənubi Azərbaycanın paytaxtında baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti