"Real" və "Liverpul" növbəti mərhələdə - YENİLƏNİB

07:13 7 Mart 2018

Bu gün keçiriləcək iki oyunla Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ən diqqətçəkən oyun Parisdə olacaq. İlk matçda səfərdə “Real”a 1:3 hesabıyla uduzan PSJ doğma meydanda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Ancaq Unai Emerinin komandasında ciddi itki var. Komandanın hücum xəttindəki əsas “silah”larından Neymar zədə səbəbindən “kral klubu” ilə oyunu buraxmalı olacaq. 

 

Digər oyunda isə hər şey böyük ölçüdə həll olunub. İlk matçda doğma meydanda 0:5 hesabıyla uduzan “Portu”nu “Liverpul”la cavab oyununda yalnız möcüzə xilas edə bilər.

 

Çempionlar Liqası: 1/8 final mərhələsi, cavab oyunları

6 mart

23:45 PSJ - Real 1:2 (İlk oyun: 1:3)

Qol: Edinson Kavani, 71 - Kristiano Ronaldo, 52. Kazemiro, 80.

Qırmızı vərəqə: Marko Verratti, 66 (PSJ).

 

23:45 Liverpul - Portu 0:0 (İlk oyun: 5:0)


Digər xəbərlər

Xəbər xətti