Mourinyo 5 gün 1 milyon qazanacaq - DÇ-2018-də

16:54 6 Mart 2018

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo dünya çempionatında RT telekanalı ilə əməkdaşlıq edəcək.

 

Sportarena.az xəbər verir ki, bu əməkdaşlığın maliyyə şərtləri bəlli olub. Portuqal mütəxəssis 5 günlük əməkdaşlıq üçün 1 milyon funt (1,1 milyon avro) qazanacaq. Mourinyoya BBC və İTV telekanallarından da təklif gəlib. Ancaq o, bu təklifləri qəbul etməyib.

 

Mütəxəssis mundial zamanı oyunlarla bağlı fikirlərini deyəcək və proqnozlar verəcək.


Xəbər xətti