"Anortosis" Araz Abdullayevi "Qəbələ"dən almaq istəyir

18:31 6 Mart 2018

"Anortosis" millimizin futbolçusu Araz Abdullayevi birdəfəlik ala bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Klub rəhbərliyinin və məşqçi heyətinin 25 yaşlı yarımmüdafiəçinin çıxışından razı olduğu və onun gələcəkdə komandaya kömək edəcəyi düşündüyü vurğulanıb.

 

Xəbərdə Abdullayevin müqavilə ilə məxsus olduğu "Qəbələ"nin "Anortosis"dən  bu transfer üçün 150 min avro tələb etdiyi bilirilib. Klub həmin məbləği ödəyib-ödəməyəcəyi ilə bağlı yekun qərarı hələ verməyib. Bu, onun növbəti matçlardakı çıxışından asılı olacaq.

 

Qeyd edək ki, Araz Abdullayev mövsümün əvvəlindən icarə əsasında "Anortosis"də oynayır.


Xəbər xətti