"Araz"dan növbəti qələbə, "Neftçi" uduzdu

22:52 6 Mart 2018

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış matçında autsayder “Xəmsə” “FK.İD.Futsal”la qarşılaşıb. Oyun rəqibin böyükhesablı qələbəsi ilə başa çatıb.

 

İkinci oyunda isə əzəli rəqiblər üz-üzə gəlib. Birinci hissədə qapılara qol vurulmayıb. Fasilədən sonra “Neftçi” hesabı açıb. Vahib Xocayev fərqlənib. Amma İlqar Aslanovun rəhbərlik etdiyi komanda üstünlüyünü qoruya bilməyib. Fərid Atakişiyev tarazlığı bərpa edib. Rəqibin 5 cərimə limitini doldurmasından Radik Əhmədov yararlanıb. Oynayan baş məşqçi 10 metrlik zərbəni dəqiq yerinə yetirməklə hesabı komandasının lehinə dəyişib. Bundan sonra qapıçını da meydan oyunçusu ilə əvəzləyən “Neftçi” hesabı bərabərləşdirmək əvəzinə üçüncü qolu buraxıb. 3:1 hesabı ilə qələbə qazanan EKOL 3-cü pillədəki yerini möhkəmlədərkən, “Neftçi” turnir cədvəlində bir pillə geriləyib. Amma “Neftçi”nin ehtiyatda 2 oyununun olduğunu da qeyd edək.

 

Tura liderlə ən yaxın izləyicisinin dueli ilə yekun vurulub. İlk dəqiqələrdən üstünlüyü əldən vernəyən “Araz” yalnız 15-ci dəqiqədə hesabı açdı. İkinci qolu gözləmək üçünsə 1 dəqiqədən də az vaxt lazım oldu. Bolinyanın qoldan sonra Kamran avtoqola imza atdı. Lider ikinci hissədə də üstünlüyünü davam etdirdi və yekunda əsas rəqibini məğlub edərək, xal fərqini artırmış oldu.

 

Cari mövsümdə ilk dəfə tur ərzində iki oyun "CBC Sport" kanalında canlı yayımlanıb.

 

Futzal üzrə Yüksək Liqa, 19-cu tur

6 mart

Araz - Marafon Futsal 6:1 
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Kənan Məlikov
Hakim-inspektor: Murad Məmmədov
Qol: Bolinya, 15:05, 35:03, K. Hacıyev (a/q) 15:50, R. Çovdarov, 22:29, O. Rüstəmli, 26:40, X. BAğırov, 29:29 - İ. Hacıyev, 26:50
Bakı İdman Sarayı. Saat 16:30

 

 

 

EKOL - Neftçi İK (0:0) 3:1 
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Şahin Cəfərov
Qol: F. Atakişiyev, 31:56, 39:10, R. Əhmədov, 37:15 - V. Xocayev, 28:20
Bakı İdman Sarayı. Saat 14:30

 

Xəmsə - FK.İD.Futsal (3:5) 3:11 
Hakimlər: Ramil Namazov, Əli Cəbrayılov, Yusif Nurullayev
Hakim-inspektor: Aydın Gözəlov
Qol: R. Cəlilov, 11:00, S. Əmirov, 18:25, F. Əliyev (a/q), 19:18 - E. Quliyev, 1:25, 39:45, F. Əliyev, 4:05, 6:05, 20:25, 31:50, E. İbrahimxəlilov, 8:40, A. Ağayev, 18:57, 23:24, 39:27, N. İsmayılov, 34:47
Bakı İdman Sarayı. Saat 12:30

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 16 15 1 0 101-22 46
2 Marafon Futsal 17 12 0 5 68-36 36 
3 EKOL 16 8 2 6 52-46 26
4 FK.İD.Futsal 16 5 4 7 64-59 19
5 Neftçi İK 14 5 3 6 39-37 18
6 Yasamal 15 4 0 11 50-95 12
7 Xəmsə 16 0 2 14 39-118 2

 

Bombardir: Renat Sultanov (Marafon Futsal) - 20 qol


Digər xəbərlər

Xəbər xətti