"Danışılmış oyunlarla bağlı müzakirələr oldu" - AÇIQLAMA

12:58 7 Mart 2018

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

 

Sportarena .az xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovun mətbuat konfransı təşkil edilib. Baş katib ilk olaraq iclasda müzakirə edilən məsələlər barədə danışıb:

 

“İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ var idi. Onlardan birincisi futzal federasiya ilə bağlı idi. Federasiya prezidenti Zaur Axundov son Avropa çempionatı barədə hesabat verdi. Bu gün həm də Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi təyin olundu. Çimərlik mövsümü açılmaqdadı. Bu məsələ bizim üçün vacib idi. Zeynal yeganə futbolçudu ki, həm futbol, həm çimərlik futbolu, həm də futzalda qol vurub. Yəqin ki, Avropada bu uğura imza atan yeganə futbolçudu (gülür).

 

Daha sonra danışılmış oyunlarla bağlı müzakirələr oldu. Bu məsələ məxfi olduğu üçün sizə açıqlaya bilmərəm. Bu müzakirədə UEFA nümayəndəsi də iştirak etdi. Danışılmış oyunlarla bağlı mübarizəmizi davam etdirəcəyik.

 

Daha 2 nəfərə xüsusi, 4 nəfərə isə adi təqaüd veriləcək.

 

Media Komitəsi ilə bağlı da məsələ müzakirə olundu. İki ilə yaxındı bu qurum fəaliyyət göstərir. İK bütün detallara nəzər yetirdi, belə qərar qəbul olundu ki, bu qurum fəaliyyətini davam etdirsin. Ancaq yeni format qəbul olunmalıdı. Media Komitəsinin ilk ildəki fəaliyyəti çox uğurlu idi. Lakin ikinci ildə müəyyən problemlər yarandı. Buna görə, qurumun yeni formatda fəaliyyət göstərməsi barədə qərar qəbul etdik. Bu məsələ aprel ayında müzakirə ediləcək. Sizinlə bir daha görüşərək, yeni formatı müzakirə edəcəyik”.


Digər xəbərlər

Xəbər xətti