İK-nın iclasında nələr müzakirə olunub?

15:53 7 Mart 2018

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarları qəbul edib:


1. Zeynal Zeylanov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun.
2. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

 

Xüsusi təqaüd:
Müzəffər Qasımov
Gündüz Cəfərov

Təqaüd:
Vaqif Davudov
Nadir Qasımov
İsmayıl Hüseynov
Ağarza Rzayev

3. Zaur Hacı-Məhərrəmov AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvü təyin olunsun.

4. AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.

 

İclasda Futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.

 

Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.


Xəbər xətti