"Siti" və "Yuventus" növbəti mərhələdə - YENİLƏNİB

10:05 8 Mart 2018

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam edir 

 

Sportarena.az xəbər verir ki, bu gün mərhələnin daha iki cavab oyunu keçiriləcək. Mançesterdə keçiriləcək "Mançester Siti" - "Bazel" oyununda hər şey böyük ölçüdə həll olunub. "Şəhərlilər" səfərdə 4:0 hesabıyla məğlub etdiyi İsveçrə təmsilçisini keçmək üçün çətinlik çəkməməlidi.

 

Londonda, "Uembli" stadionunda isə "Tottenhem" və "Yuventus" münasibətlərinə aydınlıq gətirəcəklər. İlk oyundan sərfəli nəticə ilə (2:2) ayrılan hotspurlular evdə 1/4 finala vəsiqəni təmin etmək niyyətindədi.  

 

Çempionlar Liqası: 1/8 final mərhələsi, cavab oyunları

7 mart

23:45 Mançester Siti - Bazel 1:2  (İlk oyun: 4:0)

Qollar: Qabriel Xesus, 8 - Mohamed Elyunussi, 17. Mixael Lanq, 71.

 

23:45 Tottenhem - Yuventus 1:2 (İlk oyun: 2:2)

Qollar: Hunq-Min Son, 39 - Qonsalo İquayn, 64. Paulo Dibala, 67.


Digər xəbərlər

Xəbər xətti