Azərbaycan - Makedoniya matçının başlama vaxtı dəyişdi

17:21 7 Mart 2018

Martın 27-də Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

 

Sportaren.az AFFA-ya istinadən xəbər verir ki, “Mardan” stadionunda keçiriləcək qarşılaşmanın vaxtı dəyişdirilib. Oyun yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

 

Xatırladaq ki, daha öncə oyunun yerli vaxtla saat 20:00-da başlanması nəzərdə tutulmuşdu.


Digər xəbərlər

Xəbər xətti