U-15 Liqası: 20-ci tura yekun vuruldu

18:17 7 Mart 2018

Bu gün “Boulevard U-15 Liqası"nda 20-ci turdan qalan 1 oyun keçirilib. «Viləş» Masallıda, Anatoli Banişevski adına stadionda «Sumqayıt»ı qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Tərəflərin qazandıqları 1 xal onların turnir cədvəlindəki yerlərinə təsir etməyib. Masallılılar əvvəlki kimi 12-ci, sumqayıtlılar isə 8-ci pillədədilər.

 

U-15 Liqasında 21-ci turun oyunları martın 10-11-də keçiriləcək: «Vətən» - «Sumqayıt», «Viləş» - «Zaqatala», «Səbail» - «Zirə», «Qəbələ» - İsgəndər Cavadov BFA, «Qarabağ» - «Keşlə», «Neftçi» - İOEUGİM, «Neftçi» İK İB – «Kəpəz». Oyunların başlama vaxtı, yeri və cəzalı futbolçular haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 20 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 18 qol, Alı Alı («Sumqayıt»)– 14 qol.

 

«Het-trik news» qəzetinin layihəsi


Digər xəbərlər

Xəbər xətti