"Turan Tovuz" "Qaradağ Lökbatan"a divan tutdu

17:18 8 Mart 2018

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci turuna start verilib.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma keçirilib. Lider “Qaradağ Lökbatan” ardıcıl üçüncü oyundan məğlub ayrılıb. Lökbatan təmsilçisi bu dəfə evdə “Turan Tovuz”a uduzub - 1:3. "Xəzər" səfərdə "Zaqatala"nı 2:1 hesabıyla üstələyib. "Binə" isə evdə "Ağsu"ya minimal hesabla qalib gəlib.

 

Birinci divizion, 17-ci tur

8 mart

Zaqatala - Xəzər 1:2

Qollar: Elvin Həsənov, 11 - Bəxtiyar Soltanov, 15. Tural Qürbətov, 86.

Qırmızı vərəqə: Sahil Zeynalov, 90+2.

 

Qaradağ Lökbatan - Turan Tovuz 1:3

Qollar: Sabir Allahquliyev, 71-pen - İlkin Rzayev, 54; 80. Ziyabil Məmmədov, 58.  

 

Binə - Ağsu 1:0

Qol: Sərxan Ağayev, 10.


Digər xəbərlər

Xəbər xətti