U-16 Liqası: "Qəbələ"dən gözlənilməz məğlubiyyət

10:46 9 Mart 2018

Bu gün U-16 Liqasında 23-cü turun oyunları keçirilib. «Vətən»in istirahət etdiyi 3-cü dövrənin ilk turunda 1 sensasiya qeydə alınıb. Belə ki, lider «Qəbələ» «Sumqayıt»la səfər oyununda məğlub olub. Medallara iddialı komandalar isə turu 3 xalla başa vurublar:

 

«Neftçi» - «Qarabağ» 1:0

«Neftçi» İK İB – «Turan» 2:0

«Keşlə» - «Kəpəz» 2:0

«Səbail» - «Zirə» 0:5

«Sumqayıt» - «Qəbələ» 2:0

Bombardir: Emil Quluzadə («Vətən») -16 qol.

 

U-16 Liqasında 24-cü turun oyunları martın 15-də keçiriləcək: «Qəbələ» - «Səbail», «Turan» - «Sumqayıt», «Kəpəz» - «Neftçi» İK İB, «Qarabağ» - «Keşlə», «Vətən» - «Neftçi».

Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti