“Kəpəz”in legioneri sıraya döndü

11:02 9 Mart 2018

Topaz Premyer Liqasının 19-cu turunda doğma meydanda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün oyunun reallaşacağı arenada məşqə çıxıb.

 

Sportarena.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.

 

“Sarı-göylər”in heyətində zədəli futbolçu yoxdu. Zədədən sonra tədricən bərpa olunan Dieqo Souzanın vəziyyəti yaxşıdı. Braziliyalı həftənin əvvəlindən başlayaraq kollektiv məşqlərdə iştirak edib.


Xəbər xətti