"Kəpəz"in avtobusu yolda qaldı, futbolçular Gəncəyə taksi ilə getdilər

11:38 9 Mart 2018

Bu gün "Qəbələ" İlə üz-üzə gələcək "Kəpəz" dünən matçın oynanılacağı Gəncəyə yollanarkən xoşagəlməz hadisə ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, gəncəliləri aparan avtobusda nasazlıq yaranıb və Yevlax yaxınlığında dayanıb. Sürücü problemi qısa zamanda həll edə bilmədiyi üçün futbolçular Gəncəyə taksilərlə yollanmalı olub. Deyilənə görə, avtobus hələ də düzəlməyib və xarab olduğu yerdədir. (Rekord.az)


Xəbər xətti