“Qarabağ” 3 pillə gerilədi

14:13 9 Mart 2018

Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.
 
Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 4, Avropa Liqasının 8 görüşü cədvəldə müəyyən dəyişikliklərə səbəb olub. Avropanın 442 komandasının yer aldığı siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son 5 mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabağ” 3 pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.
 
Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Buna İspaniyanın avrokuboklardakı uğurlu çıxışı səbəb olub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.
 
Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. “Qəbələ” aktivindəki 5,250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubu - “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-256-cı yeri bölən komandalar arasındadı.
 
Qeyd edək ki, siyahıya 153,000 xala malik “Real” başçılıq edir. 2-ci pillənin sahibi isə dəyişib. “Atletiko” “Bavariya” və “Barselona”nı arxada qoyub.
 
İlk “onluq”
1. “Real” (İspaniya) – 153,000
2. “Atletiko” (İspaniya) – 128,000
3-4. “Barselona” (İspaniya) – 127,000
“Bavariya” (Almaniya) – 127,000
5. “Yuventus” (İtaliya) – 124,000
6-7. PSJ (Fransa) – 109,000
“Sevilya” (İspaniya) – 109,000
8. “Mançester Siti” (İngiltərə) – 100,000
9. “Borussiya” (Dortmund, Almaniya) – 88,000
10. “Porto” (Portuqaliya) – 86,000
 
“Qarabağ” və qonşuları
66. “Lester” (İngiltərə) – 22,000
67. “Astana” (Qazaxıstan) – 21,750
68-69. “Feyenoord” (Hollandiya) – 21,500
“Rapid” (Vyana, Avstriya) – 21,500
70-72. “Selta” (İspaniya) - 20,542
“Real Sosyedad” (İspaniya) - 20,542
“Betis” (İspaniya) - 20,542
73-75. “Qarabağ” (Azərbaycan) – 20,500
“Yanq Boyz” (İsveçrə) – 20,500
BATE (Belarus) – 20,500
76. “Trabzonspor” (Türkiyə)– 18,000
77. “Dinamo” (Xorvatiya) – 17,500
78-80. “Partizan” (Serbiya) – 17,000
“Everton” (İngiltərə) – 17,000
“Slovan” (Çexiya) – 17,000
 
Digər Azərbaycan klubları
191. “Qəbələ” – 5,250
244-256. “Neftçi” - 3,825
“Keşlə” - 3,825
“Zirə” - 3,825
“Kəpəz” - 3,825
“Xəzər Lənkəran” - 3,825


Digər xəbərlər

Xəbər xətti