Tərlan Əhmədov: "Xal itirsəydik, məyus olardım"

20:19 9 Mart 2018

Topaz Premyer Liqasının 19-cu turunda evdə “Keşlə”ni məğlub edən (3:2) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Bəlkə də yeganə oyun olardı ki, xal itirsəydik, məyus olardım. Azarkeşlərimizi təbrik edirəm. Pillə-pillə irəliləyirik. Yolumuz çox çətindi. Çalışırıq ki, hər oyuna motivasiyalı çıxaq. Futbolçularıma təşəkkür edirəm. Bu gün məğlub da ola bilərdik. Bu gün gözəl oyunla qalib gəldik.

 

- Oyunun gedişində Rəhmanı əvəzləmək istəsəz də, sonda Emini əvəz etdiz.

- Bəli, onu əvəzləmək istəyirdim, lakin Emin yaxınlaşıb yorğun olduğunu bildirdi və onu əvəzlədik.

 

- Komanda iki dəfə önə keçsə də, sonda hesabı qoruya bilmədi. Bu, komandanın boşalması ilə bağlı idi?

- Xeyr, əvvəlcədən də “Keşlə”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq qarşısını ala bilmədik. Bu, “Keşlə”nin üstünlüyüdü. Çalışacağıq ki, gələn oyunlarda bu cür hallar yaşanmasın.


Digər xəbərlər

Xəbər xətti