Yuri Maksimov: "Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi"

20:24 9 Mart 2018

Topaz Premyer Liqasının 19-cu turunda səfərdə “Neftçi”yə uduzan (2:3) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

“Uşaqlar yaxşı oynadılar. İki dəfə hesabda geri düşsək də, tarazlığı bərpa etdik. Amma sonra 3-cü qolu buraxdıq. Öz səhvimi etiraf etmək istəyirəm. Deniz Silvanı dəyişməklə səhv etdim. O, zədə aldı, yorulduğunu hiss etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədi. Futbolçular layiqli şəkildə mübarizə apardılar. Emosiyalarıma qapılıb, başqa sözlər demək istəmirəm. Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə “sağ ol” deyirəm”.


Digər xəbərlər

Xəbər xətti