Kirilo Petrov: "Ümid edək ki, "Səbail” "Sumqayıt”dan xal alacaq"

22:41 9 Mart 2018

“Neftçi”nin futbolçusu Kirilo Petrov Topaz Premyer Liqasının 19-cu turunda “Keşlə”yə qalib gəldikləri (3:2) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:

 

- Əsas odu ki, qələbə qazandıq. Azarkeşlər üçün maraqlı qarşılaşma olduğundan əminəm.

 

- Matçda 5 qol vurulsa da, oyunun səviyyəsi elə də yüksək deyildi. Çoxlu sayda səhvlər oldu. Bunu nə ilə əlaqələndirirsiniz?
- Çoxlu səhv olduğunu deməzdim. Amma səhvsiz də oyun olmaz. Onda nə qol olar, nə də başqa bir şey. Bu gün stadiona gələn istənilən azarkeş deyə bilər ki, baxımlı oyun oldu. Qapılara 5 qol vuruldu. Fikrimcə, Azərbaycan çempionatının hər qarşılaşmasında bu qədər qol vurulmur.

 

- Yaxşı nəticələr komandadakı atmosferə təsir edir?
- Prinsipcə, komandada atmosfer normaldı. Getdikcə oyunumuz daha yaxşı alınır. Baxımlı və keyfiyyətli futbol sərgiləmək istəyirik. Düşünürəm ki, bundan sonra daha da yaxşı olacaq.

 

- "Səbail” – "Sumqayıt” oyununda kimə azarkeşlik edəcəksiniz?
- Baxımlı oyuna.

 

- Orada çətin ki, baxımlı oyun olsun...
- Bu komandalarda mənə yaxın insan yoxdu. Ona görə də yaxşı futbola azarkeşlik edəcəm.

 

- Bəs turnir cədvəlindəki vəziyyət önəmli deyil?
- Ümid edək ki, "Səbail” "Sumqayıt”dan xal alacaq və biz Avropa Liqasına vəsiqə verən pilləyə yaxınlaşacağıq.

 

- Rəşad Sadiqovun 3 oyunluq cəzası başa çatdı. Bu amil sizin start heyətinə düşməyinizə mənfi təsir göstərə bilər?
- Məşqlərdə işləyirəm və işimlə özümü sübut etməyə çalışıram. Heyətlə bağlı qərarı baş məşqçi verir. Bu sualı baş məşqçiyə vermək lazımdı.


Digər xəbərlər

Xəbər xətti