"Qarabağ" 2 pillə irəlilədi

14:36 10 Mart 2018

Klubların yeni reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “clubworldranking”in açıqladığı siyahıda 4 Azərbaycan komandası da yer alıb. Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi 1169 xalla 536-cı sırada qərarlaşıb. "Köhlən atlar" ötən reytinq siyahısıyla müqayisədə 2 pillə irəliləyib. “Keşlə” 758-ci (368), “Qəbələ” 807-ci (255), “Zirə” isə 826-cı pillədə (217) yer alıb.

 

Siyahıya “Real” (İspaniya) başçılıq edir. “Barselona” (İspaniya) 2-ci, “Qremio” (Braziliya) isə 3-cüdü.


Digər xəbərlər

Xəbər xətti