Samir Əliyev: "Nəticə vacibdi, ancaq böyük hədəflərimiz yoxdu"

20:45 10 Mart 2018

“Səbail”iın baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:

 

“Sumqayit”ı təbrik edirəm. Bu komandanın hədəfi var – avrokuboklara çıxmaq. Bu yolda onlara uğurlar arzulayıram. Futbolçulardan narazı qala bilmərəm. Pis oynamadılar. Rəqibin iki qol imkanı oldu, birindən istifadə etdi. İstədiyimiz oyunu tuta bilmirik. Elton Yaqublunu dəyişmək fikrimiz yox idi. Sadəcə, ayağında zədə oldu. Buna görə məcburi əvəzləmə etməli olduq. Məqsədimiz təcrübə yığmaq, komandanı qurmaq, təkmilləşdirmək, formalaşdırmaqdı. Oyundan-oyuna təcrübə yığmaq, daha da yaxşı oyun oynamaq istəyirik. Nəticə vacibdi, ancaq böyük hədəflərimiz yoxdu. Hər bir rəqibə qarşı layiqli mübarizə aparacağıq. Debütant olsaq da, hər bir klub bizimlə hesablaşır. Bu gün də “Sumqayıt” belə idi. Bu, bir tərəfdən məni sevindirir ki, hər bir klub bizdən çəkinir”.


Digər xəbərlər

Xəbər xətti