Samir Abasov: "Bu gün məğlub olsaydıq, nələr ola bilərdi"

20:50 10 Mart 2018

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:

 

“Həddindən artıq çətin, komandamızın adına layiqli qələbə oldu. Şükür Allaha ki, bu gün 3 xal əldə etdik. Allah eləməsin, bu gün məğlub olsaydıq, nələr ola bilərdi... Arxadan gələn rəqibin təzyiqi vardı. Məğlubiyyət xal fərqinin daha da azalması demək idi. Əvvəllər bu duruma düşmədiyimizdən komandanı necə motivasiya edəcəkdik, bunu bilmirdik. Ona görə də bir az qorxu, həyəcan vardı. Ancaq bunlar olmadı. Sevindirici haldı ki, çox yaxşı oynadıq. Məşqlərdəkilərin hamısı alındı. Qələbəyə layiq idik, bunu da qazandıq. Yeni prezidentimizlə oyundan öncə görüşümüz oldu. Bizə uğurlar arzuladı. Onun adını eşitmişdim, ancaq şəxsi tanışlığım yox idi. Bir dəfə görüşümüz olmuşdu, o da PRO kateqoriyasıyla bağlı. İnşallah, bundan sonra yaxından tanış olacağlq, birgə uğur qazanarıq. Vaxt keçdikdə daha da yaxşı tanıyandan sonra fikir söyləyə bilərəm. Əvvəlcə yeni prezidentimizin fikirləriylə tanış olarıq, sonra mən danışaram”.


Digər xəbərlər

Xəbər xətti