Messi üçüncü dəfə ata oldu

14:41 11 Mart 2018

“Barselona”nın futbolçusu Lionel Messi üçüncü oğlu dünyaya gəlib.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı argentinalı hücumçu bu səbəbdən bu gün La Liqanın 28-ci turu çərçivəsində “Malaqa” ilə görüşdə iştirak etməyib. Yeni doğulan körpəyə Çiro adı verilib.

 

Qeyd edək ki, Antonella Rokkutso ilə evli olan Messinin Tiaqo və Matteo adlı iki oğlu var.


Digər xəbərlər

Xəbər xətti