Dünya çempionatının himni təqdim edildi

21:31 11 Mart 2018

Amerikalı müğənni Ceyson Derulo Rusiyada keçiriləcək dünya çempionatının rəsmi himnini təqdim edib.

 

Sportarena.az xəbər verir ki, bəstə "Coca-Cola" şirkəti ilə birlikdə ərsəyə gətirilib. Derulo mahnını iyunun 14-də Moskvanın "Lujniki" stadionunda Rusiya – Səudiyyə Ərəbistanı matçından əvvəl keçiriləcək turnirin açılış mərasimində ifa edəcək.

 

Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək.


Xəbər xətti