Araz Abdullayev üçün 42 dəqiqə

10:16 12 Mart 2018

Futbol üzrə Kipr çempionatında 28-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” evdə “Apollon”la üz-üzə gəlib. Görüş Famaqusta təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Araz oyunun 48-ci dəqiqəsində meydana daxil olub.

 

28 turdan sonra 57 xala malik olan “Anortosis” 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti