Arda evləndi, Ərdoğan nikah şahidi oldu - FOTOLAR

10:50 12 Mart 2018

Türkiyə millisinin və "Başakşəhər" klubunun futbolçusu Arda Turan evlənib.

 

Sportarena.az xəbər verir ki, futbolçu bu gün 2,5 ildir sevgili olduğu Aslıhan Doğanla ailə qurub. Mərasimdə yalnız ailə üzvləri iştirak edib.

 

Ardanın nikah şahidi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Nikaha prezidentin xanımı Əminə Ərdoğan da qatılıb.


Xəbər xətti