Miçel "Neftçi" ilə oyunu buraxacaq

Sportarena.az      12 Mart 2018, 11:12

Topaz Premyer Liqasının 20-ci turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” bu oyuna ciddi itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi “ağ-qaralar”la matçda əsas üzvlərindən Miçel Maderanın xidmətindən istifadə edə bilməyəcək. Premyer Liqanın 19-cu turunun “Zirə” ilə ev matçında (2:0), oyuna əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə alan ispan futbolçu cəzalı vəziyyətə düşüb. Miçel cari mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.

 

“Neftçi” - “Qarabağ” oyunu martın 14-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin