Klub prezident meydana tapança ilə girdi - Yunanıstanda

12:16 12 Mart 2018

Yunanıstan çempionatında qalmaqallar səngimək bilmir.

 

Sportarema.az xəbər verir ki, çempionatın 25-ci turunda keçirilən PAOK - AEK oyununda da ixtişaş baş verib. Hakim PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb.

 

Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.


Digər xəbərlər

Xəbər xətti