"Neftçi" "Qarabağ"ın daha 2 futbolçusunu hədəfə aldı - ÖZƏL

Sportarena.az      12 Mart 2018, 14:33

Bir müddət prezident postunda dəyişiklik edilən "Neftçi"nin oyunu kimi idarə strategiyası da dəyişib. Belə ki, "ağ-qaralar"ın rəhbəri Kamran Quliyev və idman direktoru Ceyhun Sultanov yeni mövsümün planlarını cızmağa başlayıb. Sözügedən şəxslər xüsusilə transfer məsələlərinə həssaslıqla yanaşırlar.

 

Bir neçə gün əvvəl "Neftçi"nin mövsümün sonunda "Qarabağ"dan ayrılmaq istəyən Ramil Şeydayevi hədəfə aldığı barədə xəbər vermişdik. Sportarena.az-ın əldə etdiyi məlumata görə, paytax klubu Ağdam təmsilçisinin daha 2 futbolçusunu transfer etdmək fikirinə düşüb.

 

Söhbət müdafiəçi Arif Daşdəmirov və yarımmüdafiəçi Rahid Əmirquliyevdən gedir. Daşdəmirov uzun müddətdi ki, "Qarabağ"ın oyunlarını kənardan izləyir. Abbas Hüseynovun transferindən sonra kölgədə qalan 31 yaşlı cinah müdafiəçisinin özü də "Qarabağ"ı tərk etməkdə maraqlıdı. Milli komandanın üzvü mövcud durumundan razı deyil və daha çox forma geyinə biləcəyi kluba keçmək istəyir. Arif bu səbəbdən "Neftçi" variantına müsbət yanaşır. Yaxın günlərdə "ağ-qaralar" onunla danışıqlara başlayacaq.

 

 

Arifdən fərqli olaraq Rahid Əmirquliyevin "Neftçi"yə keçidi sual altındadı. Əldə etdiyimiz məlumata görə, milli komandanın kapitanı "Qarabağ"dan ayrılmağa tələsmir. Əmirquliyev Qurban Qurbanovla mövsümün sonunda bu məsələni müzakirə etmək istəyir. Məhz həmin vaxt futbolçunun klubla müqaviləsi bitəcək. Rahid "Qarabağ"dan yeni müqavilə təklifi alarsa, qəbul edəcək. O, bu səbəbdən heç bir klubla danışıqlar aparmaq istəmir. "Neftçi" millinin üzvünün transfer etmək üçün yayı gözləməli olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin