Ruslan Abışovdan ikiqat yubiley

15:54 12 Mart 2018

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi Topaz Premyer Liqasının 19-cu turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub. Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludu. O, özünün 226-cı matçında buna nail olub.

 

Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.

 

Ruslan “Neftçi”nin tarixində 33-cü futbolçudu ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb. 


Digər xəbərlər

Xəbər xətti