Yüksək Liqada rekord

22:20 12 Mart 2018

Bu gün futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında meydana əvvəlcə “Xəmsə” və EKOL komandaları çıxıb. Görüşdə nominal meydan sahibləri 3, rəqib isə 18 qol vurub. Ümumilikdə 21 qolun vurulduğu matç cari çempionatın arxada qalan dövrü üçün ən qollu qarşılaşmadı. Buna qədər bir oyunda maksimum 18 qol vurulmuşdu.

 

Lider "Araz" isə "Neftçi"ni 4:0 hesabıyla məğlub edib.  "FK.İD.Futsal" "Yasamal"-dan üstün olub - 8:2.

 

Futzal üzrə Yüksək Liqa, 20-ci tur

12 mart

Xəmsə - EKOL (2:9) 3:18 
Hakimlər: Elçin Səmədli, Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspektor: Nazim Qaracayev
Qol: N. İbrahimov, 3:10, Ə. Həsənov, 14:35,18:30 // S. Həmzəyev, 0:24, 7:55, 15:10, 26:04, 27:39, 33:07, F. Atakişiyev, 2:17, 19:05, 19:51, 36:40, S. Məstiyev, 3:22, F. Ələkbərov, 6:29, Ə. Abasov, 7:04, 20:41, 31:18, R. Əhmədov, 23:35, T. Ağayev, 34:36, Ə. Ələsgərli, 39:18

 

Yasamal FK - FK.İD.Futsal (1:4) 2:8 
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Ələkbər Məmmədov
Qol: M. Cahandost, 2:29, X. Quliyev, 35:20 // M. Cahandost, 8:10 (a/q), A. Ağayev, 10:44, A. Əzimov, 11:06, F. Əliyev, 14:16, N. İsmayılov, 21:09, E. İbrahimxəlilov, 26:44, E. Quliyev, 37:35, R. Həsənzadə, 39:38
Sarı vərəqə: S. Cavid, 37:35
Qırmızı vərəqə: A. Zeynallı, 31:17

 

Araz - Neftçi İK (2:0) 4:0 
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Ağarza Rzayev
Qol: Qalo, 3:10, Bolinya, 14:58, 35:45, İ. Atayev, 34:32
Sarı vərəqələr: X. Bağırov, 5:52, Bolinya, 13:27, E. Borges, 35:45, R. Fərzəliyev, 38, R. Çovdarov, 40 // E.Surqali, 5:52, M. Beyrali, 13:27
Qırmızı vərəqə: E. Surqali, 32:54

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 17 16 1 0 105-22 49
2 Marafon Futsal 17 12 0 5 68-36 36
3 EKOL 17 9 2 6 70-49 29
4 FK.İD.Futsal 17 6 4 7 72-61 22
5 Neftçi İK 15 5 3 7 39-42 18
6 Yasamal 16 4 0 12 52-103 12
7 Xəmsə 17 0 2 15 42-136 2

 

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 20 qol


Xəbər xətti