"Trabzonspor" Ramil Şeydayevi geri qaytarır?

12:15 13 Mart 2018

“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yayda müqaviləylə məxsus olduğu “Trabzonspor”a qayıdacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Haber61” saytı yayıb. Xəbərdə 21 yaşlı hücumçunun mövsümün sonunda “Trabzonspor”un məşqlərinə qoşulacağı, baş məşqçi Rza Çalımbay tərəfindən sınandıqdan sonra onunla bağlı qərar veriləcəyi qeyd edilib.

 

“Trabzonspor” UEFA-dan transfer cəzası aldığı üçün yayda heç bir futbolçu transfer edə bilməyəcək. Qaradəniz təmsilçisi buna görə, digər klublarda icarədə olan futbolçuları sınamağı planlaşdırır.

 

Mövsümün əvvəlində “Qarabağ”a icarəyə verilən Şeydayev, Ağdam təmsilçisində keçirdiyi 11 oyunda qol vura bilməyib.


Digər xəbərlər

Xəbər xətti