Ruslan Qurbanov: "Hakimlər qələbəmizi əlimizdən aldılar"

Sportarena.az      13 Mart 2018, 22:48

"Qəbələ”nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 20-ci turunda “Keşlə” ilə 1:1 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb:

 

Sportarena.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

“Bu oyunda qələbəyə layiq idik. Amma referi vurduğumuz qolu oyundan kənar vəziyyət hesab etdi”.

 

Qurbanov bildirib ki, hakim onun 90+2-ci dəqiqədə qaydalar çərçivəsində vurduğu qolu qeydə almayıb:

 

“Epizoda baxandan sonra yüz faizlik əminliklə deyə bilərəm ki, qol vurduğum məqamda oyundan kənar vəziyyət yoxdu. Təmiz qoldu. Amma hər insan səhv edə bilər. Lehimizə penalti epizoduna gəlincə, heç nə deyə bilmərəm. Çünki görmədim. Amma indi görüntülərə baxdıq. Penalti də var idi. Referi penalti təyin etmirsə, simulyasiyaya görə Filip Ozobiçə sarı vərəqə göstərməli idi. Lakin heç birini etmədi. Bu cür olmaz. Əlbəttə, heç-heçə etdiyimiz üçün əhvalımız korlanıb. Yenə xal itirdik. İndi çempionatda uzun müddətli fasilə yaranacaq. Növbəti matçımız apreldədi. Düzgün analiz etmək lazımdı”.

 

27 yaşlı hücumçu hakimlərin "Qələbə”nin qələbəsini əlindən aldığını da söyləyib:

 

"Baş hakimin bizə qarşı qərəzli olduğunu deyə bilmərəm. Hamı səhv edir. Amma bu cür aşkar səhvlər... Hakimləri mühakimə etmək istəmirəm. Qoy bunu onlarla işləyən etsin. Onlar bizim qələbəmizi, üç xalımızı əlimizdən aldılar. Alacağımız çörəyi götürdülər. Əhvalım korlanıb. Qol vurdum, sevindim. Yan xətt hakiminin bayrağı qaldırdığını görəndən sonra ona tərəf qaçmaq istədim. Amma başa düşdüm ki, 3 sarı vərəqəm var, birini də alsam, növbəti görüşü buraxacam. Bundan sonra daha diqqətli olsunlar”.

 

Qurbanov "Qəbələ”nin son 4 oyundan 3-də xal itirməsinə və çempionluq yarışında ehtiyatda bir matçı qalan "Qarabağ”dan 9 xal geri düşmələrinə də münasibət bildirib:

 

"Bu, bizi də narahat edir. Bu məsuliyyəti başa düşürük. Hər oyunda qalib gəlmək istəyirik. Lakin alınmır. Çempionlardan danışmağa dəyməz. "Qarabağ” hazırda ən güclü komandadı. Özümüz günahkarıq, xallar itirdik. Ağdam klubunun da bu qədər xal itirəcəyinə inanmıram”.

 

Qeyd edək ki, oyunu Ömər Paşayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin