Sabiq “Xəzər Lənkəran”lı istefa verdi

Sportarena.az      14 Mart 2018, 10:13

Türkiyənin “Qaziantepspor” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, Oqtay Dərəlioğlu xeyli müddətdi çalışdırdığı 1-ci liqa klubu ilə yollarını ayırıb. Artıq klub rəhbərliyi onun istefasını qəbul edib. Qaziantep təmsilçisi hətta yeni baş məşqçi də tapıb. Dərəlioğlunu Faik Dəmir əvəzləyib.

 

Xatırladaq ki, Dərəlioğlu bu ilin yanvar ayında sözügedən komandaya baş məşqçi təyin olunmuşdu. Lakin onun bir müddət öncə heyətdəki əksər təcrübəli futbolçuları komandadan uzaqlaşdırması klub rəhbərliyi ilə fikir ayrılığına səbəb olub. Belədə o, istefa vermək məcburiyyətində qalıb.

 

Dərəlioğlu futbolçu karyerası dönəmində, 2004/05 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin