"Traktorsazi" yenə heç-heçə etdi

Sportarena.az      14 Mart 2018, 10:30

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar - 1:1.

 

Xatırladaq ki, “Traktorsazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə 0:1, ikinci turda isə səfərdə Qətərin “Əl-Qarafa” klubuna uduzmuşdu - 0:3. Təbriz klubu ilk xalını ötən tur məhz “Əl-Cəzirə” ilə səfər oyununda qazanmışdı - 0:0.

 

A qrupunda yer alan “Traktorsazi” hazırda 2 xalla sonuncudu. Təbriz təmsilçisi növbəti matçını aprelin 3-də səfərdə “Əl-Əhli”yə qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin