Rəhman Hacıyev: Meydana 3 xal üçün çıxacağıq - AÇIQLAMA + VİDEO

10:47 14 Mart 2018

“Neftçi” Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda bu gün oyunun keçiriləcəyi 8-ci km stadionunda məşq keçib. Yarımmüdafiəçi Rəhman Hacıyev klub televiziyasına açıqlamasında “Qarabağ”la oyun öncəsi fikirlərini bildirib:

 

"Bu gün bizi çox çətin oyun gözləyir. İki oyundu qələbə qazanırıq. Komandada inam və istək var. Hər şey qaydasındadı. Meydana 3 xal üçün çıxacağıq. İnşallah, qələbə qazanarıq. Komandama inanıram”.

 

Xatırladaq ki, martın 14-də baş tutacaq "Neftçi” – "Qarabağ” oyunu saat 18:00-da başlanacaq.

 


Xəbər xətti