"Sumqayıt"dan əzmkar qələbə, "Neftçi" "Qarabağ"dan 1 xal qopardı- YENİLƏNİB

21:56 14 Mart 2018

Topaz Premyer Liqasında 20-ci turun oyunları davam edir..

 

Sportarena.az xəbər verir ki, Tura bu gün keçiriləcək 3 oyunla yekun vurulacaq.  Günün ilk oyununda "Zirə" "Səbail"i qəbul edəcək.

 

Günün əsas diqqət çəkən oyunu Bakıda, 8-ci km stadionunda keçiriləcək. Son vaxtlar yenidən qələbələr qazanmağa başlayan "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edəcək. 

 

Turun son oyunu Sumqayıtda keçiriləcək. Cari mövsümdə yaxşı təsir bağışlayan "Sumqayıt" autsayder "Kəpəz"i qəbul edəcək.

 

Topaz Premyer Liqası, 20-ci tur

14 mart

17:00 Zirə - Səbail 1:1

Qol: Aleksandr Dedov, 17 -  Nikoloz Apakideze, 54.

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov 
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Fazil Mürşüdov
Zirə. İdman Kompleksinin stadionu

 

18:00 Neftçi - Qarabağ 0:0

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
Bakı. 8-ci km stadionu

 

20:00 Sumqayıt - Kəpəz 2:1

Qollar: Bəhlul Mustafazadə, 72. Cavid İmamverdiyev, 89 - İqor Korotetski, 44/

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt. Şəhər stadionu

 

13 mart

Keşlə - Qəbələ 1:1

Qollar: Voislav Stankoviç, 59-avtoqol - Baqali Dabo, 32.


Digər xəbərlər

Xəbər xətti