"Kəpəz" cərimələndi - Təhlükəsizliyi təmin etmədiyinə görə

13:17 14 Mart 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının son turlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Kəpəz” - “Qəbələ”matçı başa çatdıqdan sonra “Qəbələ” klubu stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. “Kəpəz” qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunur. “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödənilsin.


Digər xəbərlər

Xəbər xətti