Tərlan Əhmədov: "Heç bir komanda təlim-məşq toplanışından tam hazır gəlmir"

Sportarena.az      14 Mart 2018, 20:34

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə “Qarabağ”la heç-heçə edən (0:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Hər iki komandanın ifasənda gözəl oyun izlədik. Futbolçulara rəhbərlik adından təşəkkür etdik. Bu oyunda təkcə qol çatışmadı. Məncə, nəticə ədalətli idi. Qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Bir xal da qənaətbəxşdi. Oyundan-oyuna artırırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Fikrimcə, qol olmasa da, hər birimiz bu oyundan zövq aldıq.

 

- “Neftçi”nin oyun ərzində 4-5 real qol epizodu olsa da, istifadə edə bilmədi...
- Bu oyunda olan ajiotaj futbolçulara da təsir edirdi. Son 3 turda 6 qol vurmuşuq, ancaq qollar da buraxmışıq. Bu gün isə hiss etdim ki, futbolçularda həyəcan var idi. Məncə elə 0:0 əsl ədalətli hesab oldu. Çünki rəqib oturuşmuş komandadı. Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı.

 

- Sanki komandada son 3 oyunda partlayış oldu. Nə dəyişdi?
- Tənqid həmişə olmalıdı. Sadəcə, mən bilirdim ki, işi düzgün qurmuşuq. Heç bir komanda təlim-məşq toplanışından tam hazır gəlmir. İstər-istəməz yorğunluq olur. Bilirdim ki, bir neçə tura komanda öz oyununu tapacaq. Bu oyun bir daha göstərdi ki, biz düzgün yoldayıq. Ola bilsin, rəhbərlik dəyişikliyinin də rolu var. Bunu “Sumqayıt”la oyunda gördük. Bu gün “Neftçi”ni qaldıra biliriksə, deməli düzgün yoldayıq. Futbolçularıma təşəkkür edirəm.

 

- Hücumçuların oyunu sizi qane edir?
- Son 3 turda qollar vurmuşuq. Bu gün qol vurmasaq da, qol fürsətləri əldə etdik. Ancaq bu o deməkdi ki, yaxşı oyun sərgiləyirik. Yəni əsas odu ki, hücum edə bilirik.

 

- Emin Mahmudovun oyununu necə dəyərləndirərdiz?
- Onun zədəsi var idi. Bu gün meydana çıxması sual altında idi. Ancaq mən şans verdim. Gələn oyunda isə sarı vərəqəyə görə meydana çıx bilməyəcək.

 

- Əvvəllər Lukas Qomesə start heyətində şans verib, Mirabdulla Abbasovu son dəqiqələrdə meydana buraxsaz da, son oyunlarda əksinə edirsiz. Buna səbəb nədi, Lukas hazır deyil?
- Qomesin atası rəhmətə gedib. Onun atası uzun müddət komada yatıb. Bu, “Qəbələ” ilə oyundan öncə olub. Həmin oyundan öncə bizim xəbərimiz var idi. Həyat yoldaşı bizim tərcümçiyə məlumat vermişdi. Bu cür hallar futbolçuya mənfi təsir edir. Ancaq artıq özünə gəlir. Bundan öncə Mirabdullanın çıxış etdiyi oyunlarda qalib gəlmişdik. Onun haqqını yeyə bilmərəm. Buna görə, ona start heyətində şans verdim

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin