Qurban Qurbanov millinin heyətini açıqladı

10:14 15 Mart 2018

Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov heyətə 24 futbolçu daxil edib:

 

Qapıçılar: Kamran Ağayev (Keşlə), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi “Neftçi”)

 

Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (Neftçi), Ürfan Abbasov (Qəbələ), Tural Axundov (Sumqayıt), Rahil Məmmədov (Səbail), Şəhriyar Rəhimov (Kəpəz), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna)

 

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (Qəbələ), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dimitri Nazarov (“Aue”, Almaniya)

 

Hücumçular: Amil Yunanov (Sumqayıt), Ruslan Qurbanov (Qəbələ). 

 

Xatırladaq ki, millimiz 15-24 mart tarixlərində Bakıda, ayın 25-dən 28-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Yığmamız martın 23-də Bakı Olimpiya stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.


Xəbər xətti