U-21 millimizin heyəti açıqlandı

Sportarena.az      15 Mart 2018, 11:15

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.  

 

Sportarena.az xəbər verir ki, gənclər millimizin baş məşqçisi Rəşad Sadıqov 25 futbolçuya dəvət göndərib. Əsas millimizin də üzvü olan Ramil Şeydayev və Mahir Mədətov bu dəfə U-21 yığmamıza dəvət olunub. Sadıqov aşağıdakı futbolçulara dəvət göndərib: 

 

Kamran İbrahimov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Fəhmin Muradbəyli (Səbail), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Sərtan Taşkın, Cabir Əmirli, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), Hacıağa Hacılı, Qismət Alıyev, Murad Popov (hamısı “Qəbələ”), Ramil Şeydayev, Mahir Mədətov, Nicat Süleymanov (hamısı “Qarabağ”), İsmayıl İbrahimli (MOİK), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Ziya Əzizov (“Den Boş”, Hollandiya). 

 

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 15-dən 19-dək Bakıda təlim-məşq toplanışında olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin