Klublar Komitəsinin yeni sədri kim oldu?

13:35 15 Mart 2018

Bu gün AFFA Klublar Komitəsinin 2018-ci ildə ilk iclası keçirilib.

Sportarena.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ komitəyə yeni sədr seçkisi olub. Komitə üzvləri "Neftçi"nin prezidenti Kamran Quliyevi rəhbər seçiblər. Bununla da Quliyev ikinci dəfə bu vəzifəyə layiq görülüb. 

Qeyd edək ki, KK-ya son olaraq ötən ay “Neftçi”nin prezidenti vəzifəsindən ayrılan Orxan Hüseynzadə başçılıq edirdi. 


Xəbər xətti