Millimiz 8 pillə gerilədi

14:57 15 Mart 2018

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi 8 pillə geriləyib. Yığmamız 243 xalla 127-ci yerdə qərarlaşıb. 

 

Millətlər Liqasındakı rəqiblərimizdən Farer adaları (364) 97-ci, Kosovo (97) 176-cı, Malta (68) isə 185-ci sırada yer alıb. Malta ötən reytinq siyahısındakı mövqeyini qoruyub. Kosovo 1 pillə irəliləyib, Farer adaları isə 1 pillə geriləyib.

 

Yığmamızın bu ay yoxlama oyunu keçirəcəyi rəqiblərdən Belarus (376) 93-cü, Makedoniya (441) isə 75-ci sırada qərarlaşıb. 

 

Reytinq siyahısına son dünya çempionu Almaniya millisi başçılıq edir (1609). Almanları Braziliya (1489) və Portuqaliya (1360) seçmələri izləyir. 

 

Millimiz və qonşuları:

124 (125) Tacikistan - 255
125 (126) Bəhreyn - 253
126 (127) Qvatemala - 245
127 (119) Azərbaycan - 275
128 (128) Toqo - 241
129 (129) Tailand - 238
130 (137) Andorra - 232

 

İlk 10 yer
1 (1) Almaniya - 1609
2 (2) Braziliya - 1489
3 (3) Portuqaliya - 1360
4 (4) Argentina - 1359
5 (5) Belçika - 1337
6 (6) İspaniya - 1228
6 (7) Polşa - 1228
8 (8) İsveçrə - 1197
9 (9) Fransa - 1185
10 (10) Çili - 1161


Xəbər xətti