"Marca": "Qarabağ"ın Avropa nəhənglərinə xeyri"

10:32 16 Mart 2018

İspaniyanın "Marca" qəzeti "Atletiko" barədə yazı dərc edib.

 

Sportarena.az xəbər verir ki, Madrid klubunun Avropa Liqasının 1/8 finalında "Lokomotiv"i darmadağın etdiyi cavab oyunundan (5:1) bəhs edilən yazıya "Qarabağ"ın Avropa nəhənglərinə xeyri" başlığı qoyulub.

 

Yazıda "Atletiko"nun Avroliqanın qalibi olmağa əsas namizəd olduğu vurğulanıb.  Çempionlar Liqasında isə digər nəhəng komandaların Madrid təmsilçisi kimi rəqiblə üz-üzə gəlməyəcəyi səbəbindən rahat nəfəs aldıqları vurğulanıb.

 

"Atletiko" ÇL-in qrup mərhələsində "Qarabağ"la hər iki matçda  heç-heçə (0:0, 1:1) edib. Madrid klubu qrupu 3-cü pillədə tamamlayaraq mübarizəni Avroliqada davam etdirib.

 

Qeyd edək ki, "Atletiko" Avroliqanın 1/8 finalında "Lokomotiv"ə hər iki görüşdə qalib (3:0, 5:1) gələrək növbəti mərhələyə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti