Böyükağa Hacıyev vəfat etdi

11:43 16 Mart 2018

Məşqçilər Komitəsinin üzvü və “Neftçi”nin Böyükağa Hacıyev rəhmətə gedib.

 

Sportarena.az xəbər verir ki, tanınmış məşqçi bu gün səhər dünyasını dəyişib. Məlumatı "Qafqazinfo"ya açıqlamasında Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev də təsdiqləyib. 

 

Uzun müddətdir səhhətindəki ciddi problemlərlə mübarizə aparan Hacıyev beynindəki şişlə bağlı əməliyyat olunmaq üçün Moskvaya yollanmağa hazırlaşdığı bir vaxtda infarkt keçirmişdi. Mərkəzi Klinik xəstəxanada əməliyyat olunan və ürəyinə 2 stend qoyulmuşdu.

 

Qeyd edək ki, Azərbaycan futbolunda tarix yazaraq "Neftçi" ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanan mütəxəssis "ağ-qaralar"la 2 dəfə Azərbaycan çempionatının, bir dəfə isə ölkə kubokunun qalibi olub. O, "Bakı" ilə də çempionluq sevinci yaşamışdı.

 

Allah rəhmət eləsin!


Xəbər xətti