Avropa Liqasında 1/4 finalın püşkü atıldı - YENİLƏNİB

16:22 16 Mart 2018

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Komandalar səbətlərə bölünməyəcək. 8 komanda da bir-birinə rəqib ola bilər.

 

Avroliqanın 1/4 final mərhələsinin ilk oyunları aprelin 5-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

 

Avropa Liqası, 1/4 final

“Leypsiq” (Almaniya) - “Marsel” (Fransa)
“Arsenal” (İngiltərə) – MOİK (Rusiya)
“Atletiko” (İspaniya) - “Sportinq” (Portuqaliya)
“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)


Xəbər xətti