Böyükağa Hacıyev bu gün dəfn olunacaq

13:42 16 Mart 2018

Bu gün vəfat edən Azərbaycanın tanınmış futbol məşqçisi Böyükağa Hacıyev saat 14:30-da dəfn olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib. O, bildirib ki, mərhum Keşlə qəbirstanlığında torpağa tapşırılacaq. Onunla vida mərasimi Keşlə məscidində olacaq. B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulmuşdu.

 

Xatırladaq ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. Allah rəhmət eləsin!


Digər xəbərlər

Xəbər xətti